XİN: AZƏRBAYCAN SOMALİNİN SUVERENLİYİNƏ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNƏ TAM DƏSTƏYİNİ BİR DAHA BƏYAN EDİR

Azərbaycan Respublikası Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir.

Bu barədə Somalidə baş verən son hadisələrlə bağlı Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bildirilir ki, Azərbaycan Respublikası Somali Federativ Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, birliyinə və ərazi bütövlüyünə tam dəstəyini bir daha bəyan edir.

Somali Federativ Respublikasının “Somaliland” regionunun tanınması beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də BMT Nizamnaməsinə ziddir.

Azərbaycan beynəlxalq hüququn pozulması nəticəsində öz ərazilərində xarici hərbi işğal və separatizmlə bağlı ağrılı təcrübədən keçib.

Bu prinsipləri və öz təcrübəsini rəhbər tutaraq, Azərbaycan Respublikası bütün dövlətlərin suverenliyinin, ərazi bütövlüyünün və siyasi müstəqilliyinin qorunmasına sadiqliyini qətiyyətlə davam etdirir və beynəlxalq ictimaiyyəti məsuliyyətlə, beynəlxalq hüquqa tam uyğun şəkildə hərəkət etməyə çağırır.