Çinin “Xiaomi” markası qlobal smartfon bazarında ilk dəfə “Apple” şirkətini qabaqlayaraq ikinci yeri tutub.
Bu barədə analitik şirkət “Canalys” tərəfindən yayımlanan hesabatda deyilir.
Məlumata əsasən, bu ilin ikinci rübündə “Xiaomi”nin bazarda payı tədarüklərin 83 faiz artması ilə satışlarda 17 faizə yüksəlib. Eyni dövrdə “Apple” aid pay tədarüklərin 1 faiz artması ilə satışlarda 14 faiz qalxıb.
Bu siyahıda ilk sıra bazarın 19 faizinə nəzarət edən Cənubi Koreya nəhəngi “Samsung” tərəfindən tutulur – tədarükdə 15 faiz, satışlarda 19 faiz artım.
Qeyd olunur ki, “Samsung” və “Apple” ilə müqayisədə “Xiaomi” smartfonlarının orta qiymətləri müvafiq olaraq təxminən 40 və 75 faiz aşağıdır.
Bu fonda Honq Konq Fond birjasında səhər saatlarında “Xiaomi” səhmləri 4.82 faiz bahalaşaraq səhm başına 28.25 Honq Konq dollarına (3.64 $) yüksəlib.
Xatırladaq ki, “Xiaomi” yüksək texnoloji korporasiyası 2010-cu ilin aprelində qurulub və mərkəzi Pekindədir. Ötən ilin sonunda şirkətin bazar kapitallaşması ilk dəfə 100 milyard dolları keçib.