XARKOVUN MƏRKƏZİNDƏ NİZAMİ GƏNCƏVİ VƏ MİRZƏ FƏTƏLİ AXUNDZADƏNİN HEYKƏLLƏRİ UCALDILACAQ

Ukraynanın ikinci böyük şəhəri olan Xarkovda Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin, o cümlədən azərbaycanlı maarifçi və ictimai xadim, dramaturq Mirzə Fətəli Axundzadənin abidələri hazırlanıb.

Xarkovun mərkəzi hissəsində ucaldılacaq Nizami Gəncəvinin abidəsinin müəllifi Ukraynanın Xalq rəssamı, soydaşımız Katib Məmmədov, Mirzə Fətəli Axundzadənin abidəsinin müəllifi isə həmyerlimiz, Ukraynanın Xalq rəssamı Seyfəddin Qurbanovdur.