Xarici səyahətçilər Füzuli şəhərinin mərkəzində olublar.
Onlara bərpa işləri haqqında danışılıb. Səyahətçilər şəhərdəki tikinti işlərini müşahidə ediblər.
“Vaxtilə Füzulinin yüz minə yaxın əhalisi var idi. Dövlətin apardığı sorğuya görə, məcburi köçkünlərin 67 faizi heç bir şərait olmadan buraya qayıtmağa və öz evlərini tikməyə hazırdır. Ümumilikdə isə köçkünlərin 98 faizi azad edilmiş torpaqlara qayıtmaq istəyirlər”, – deyə səyahətçilərə bildirilib.
Qeyd edək ki, 20-dən çox ölkədən gəlmiş məşhur səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri təşkil olunub.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People-Ən çox Səyahət Edən İnsanlar) klubunun təsisçisi Çarlz Veleydir.
Sentyabrın 10-dək davam edəcək səfər işğaldan azad edilmiş ərazilərin “qara turizm” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.























