XARİCİ ÖLKƏLƏRDƏ AKKREDİTƏ OLUNMUŞ DİPLOMATİK NÜMAYƏNDƏLİKLƏRİMİZİN RƏHBƏRLƏRİ AĞDAMA SƏFƏR EDİBLƏR

Xarici İşlər Nazirliyinin rəhbər heyəti və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərləri işğaldan azad olunan Ağdam şəhərində səfərdədirlər.

İştirakçılar əvvəlcə Ağdam şəhərindəki Şəhidlər xiyabanını ziyarət ediblər.

Səfər çərçivəsində “Ağdamın dirçəlişi” adlı tədbirin keçirilməsi, habelə Ağdam şəhərində aparılan bərpa və quruculuq işləri ilə tanışlıq nəzərdə tutulur.