XARİCİ İŞLƏR NAZİRİ CEYHUN BAYRAMOV ƏLCƏZAİRƏ RƏSMİ SƏFƏRƏ GEDİB

Noyabrın 3-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Əlcəzair Xalq Demokratik Respublikasına rəsmi səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun noyabrın 4-də Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri Əhməd Attaf və digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.