Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları təsdiqlənib.
Prezident İlham Əliyev bununla bağlı “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın təsdiqi və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.