
Mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu üçün xaricdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi davam edir.
Türkiyə Ali Seçki Şurasında bildirilib ki, xarici nümayəndəlik və sərhəd məntəqələrində başlayan səsvermə prosesində iştirak edən Türkiyə vətəndaşlarının sayı 1 856 968 nəfər olub.
Xaricdəki nümayəndəliklərdə səsvermə prosesi mayın 24-də başa çatacıb. Sərhəd məntəqələrində isə səsvermə mayın 28-i saat 17:00-da başa çatacaq.
