XARİCDƏ DOKTORANTURA TƏHSİLİNƏ QEYDİYYAT SABAH YEKUNLAŞIR

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir.

Elm və Təhsil Nazirliyindən bildirilib ki, proses aprelin 20-də yekunlaşacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısını, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə etmək mümkündür.

Əlavə sual yaranarsa, FAQ/MVS və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət etmək olar.