XARİCDƏ DOKTORANTURA TƏHSİLİNƏ DAİR SƏNƏD QƏBULUNUN MÜDDƏTİ UZADILIB

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulunun müddəti aprel 20-si saat 23:59-dək uzadılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumatı nazirliyin saytından əldə oluna bilər.

Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə və ya dpinfo@edu.gov.az ünvanına müraciət etmək olar.