XARİCDƏ DOKTORANTURA TƏHSİLİNƏ DAİR SƏNƏD QƏBULUNUN MÜDDƏTİ UZADILIB

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili üçün sənəd qəbulunun müddəti uzadılıb.

Bu barədə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, sənəd qəbulu 30 sentyabr saat 23:59-da başa çatacaq.

Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.

Əlavə sual yarandığı zaman FAQ/MVS və ya dpinfo@edu.gov.az mail ünvanına müraciət edə bilərsiniz.