
Mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər.
“Xarıbülbül” festivalının Malidən olan iştirakçısı çıxışının sonunda Şuşada “Qarabağ Azərbaycandır” deyib.
