XANKƏNDİDƏ BEYNƏLXALQ QHT-NİN BAZASI AŞKARLANDI – YARARSIZ HALA SALINMIŞ MİNATƏMİZLƏMƏ AVADANLIQLARI TAPILIB

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo Trust” qeyri-hökumət təşkilatının bazası aşkar edilib.

Bu barədə ANAMA-dan bildirilib.

Qed edilib ki, beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları, detektorlara rast gəlinib.

“Halbuki bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan maddi-texniki vasitələr qəsdən məhv edilib”, – məlumatda deyilir.

Xankəndidə beynəlxalq QHT-nin bazası aşkarlandı - Yararsız hala salınmış minatəmizləmə avadanlıqları tapıldı (FOTO)