XANKƏNDİ ŞƏHƏR PROKURORLUĞU YARADILIB – SƏRƏNCAM

Prezident İlham Əliyev Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Xankəndi Şəhər Prokurorluğu yaradılıb.

Nazirlər Kabineti Xankəndi Şəhər Prokurorluğunun yaradılması ilə əlaqədar həmin qurumun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri ilə təmin edilməsi və digər maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.