XANKƏNDİ-GORUS İSTİQAMƏTİNDƏ “LAÇIN” SƏRHƏD-BURAXILIŞ MƏNTƏQƏSİNDƏ ERMƏNİ ƏSİLLİ ŞƏXSLƏRİN SƏRBƏST KEÇİDİ TƏMİN OLUNUB

Bu gün Xankəndi-Gorus istiqamətində “Laçın” sərhəd-buraxılış məntəqəsində erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin olunub.

Bu gün məntəqədən növbəti dəfə 100-ə yaxın şəxs Ermənistan istiqamətinə sərbəst şəkildə keçid ediblər.

Onların arasında erməniəsilli şəxslərlə yanaşı, Rusiya vətəndaşlığını qəbul etmiş, Rusiya pasportu daşıyan insanlar da var.

Belə ki, əvvəlcə həmin şəxslərin sənədləri yoxlanılıb və sərbəst hərəkətləri təmin olunub.

Bununla da son üç gün ərzində “Laçın” sərhəd-buraxılış məntəqəsində 200-dən çox insanın sərbəst keçidinə şərait yaradılıb.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasını göstərir.

Həmçinin, Ermənistanın Azərbaycan tərəfindən Laçın yolunun blokadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu növbəti dəfə sübut edir.