XALQ YAZIÇISI MÖVLUD SÜLEYMANLI VƏFAT EDİB

Xalq yazıçısı Mövlud Süleymanlı vəfat edib.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yazıçı bir müddət əvvəl insult keçirmişdi. On gün komada qalan Mövlud Süleymanlı təxminən bir saat əvvəl dünyasını dəyişib.