Avqustun 16-sı Azərbaycanın Xalq şairi, tanınmış dramaturq, Dövlət mükafatları laureatı, ədəbiyyatşünas və ictimai xadim, müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadənin doğum günüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin 2015-ci il 14 yanvar tarixli Sərəncamına əsasən Bəxtiyar Vahabzadənin 90 illik yubileyi dövlət səviyyəsində qeyd edilib, ölkəməzin hər yerində silsilə tədbirlər təşkil edilib.
Xalq şairi azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına mühüm töhfələr verib. Tarixi-mədəni dəyərlərə ehtiram və ana dilinin saflığının qorunması Bəxtiyar Vahabzadənin fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edib.