XALQ RƏSSAMI MİKAYIL ABDULLAYEVİN ANADAN OLMASINDAN 100 İL ÖTÜR

Bu gün Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı, Dövlət mükafatı laureatı, professor Mikayıl Abdullayevin anadan olmasından 100 il ötür. Onun əsərləri dünyanın Paris, London, Berlin, Praqa, Budapeşt, Belqrad, Sofiya, Varşava, Dehli, Qahirə və başqa böyük şəhərlərində nümayiş edilib, Almaniyanın Berlin və Leypsiq şəhərlərində fərdi sərgisi keçirilib. Azərbaycanın İncəsənət xadimi təsviri sənətin inkişafında göstərdiyi xidmətlərə görə SSRİ Xalq rəssamı adına, SSRİ Dövlət mükafatına, Cəvahirləl Nehru adına Beynəlxalq mükafata layiq görülüb. Mikayıl Abdullayev ümummilli lider Heydər Əliyev tərəfindən “İstiqlal” ordeninə layiq görülüb. Prezident İlham Əliyev sentyabrın 10-da Mikayıl Abdullayevin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.