Azərbaycanın Xalq artisti, xanəndə Canəli Əkbərov 81 yaşında vəfat edib.
Bu barədə onun oğlu Sabir Əkbərov məlumat verib.
Xalq artisti sabah dəfn olunacaq.
Xatırladaq ki, C.Əkbərov 1940-cı il martın 10-da Lənkəranda anadan olub.
Prezident İlham Əliyev 2020-ci ilin martında Xalq artistini Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edib.