XALİD ƏHƏDOV PREZİDENTİN SOSİAL‑İQTİSADİ MƏSƏLƏLƏR ÜZRƏ KÖMƏKÇİSİ TƏYİN EDİLİB

Prezident İlham Əliyev X.N.Əhədovun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Xalid Nurəddin oğlu Əhədov Azərbaycan Respublikası Prezidentinin sosial‑iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib.