“X” sosial şəbəkəsinin audio-video zəng xidməti aktiv ediləcək.
Bunu şirkətin sahibi İlon Mask özünün “X” (tvitter) sosial şəbəkə hesabında bildirib.
O qeyd edib ki, bu xidmətdən istifadə “iOS”, “Android”, “Mac” və “PC” (personal kompüter) üçün mümkün olacaq.
İş adamı yeni, tamamilə pulsuz təqdim ediləcək xidmətin konkret nə vaxt aktiv olunacağını açıqlamayıb.