XƏZƏRYANI ÖLKƏLƏRİN XARİCİ İŞLƏR NAZİRLƏRİNİN GÖRÜŞÜ BAŞLAYIB

Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.

İclas Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçirilir. İclasda Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.

Qeyd edək ki, dekabrın 4-də Ceyhun Bayramov bu tədbirdə iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə gedib.

Səfər zamanı nazirin görüşdə çıxışı və ikitərəfli görüşləri nəzərdə tutulub.