Dənizkənarı Milli Parkda 12 Avqust – Xəzər Günü ilə əlaqədar dənizin ətraf mühitinə həsr olunan tədbir keçirilib.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri və ekspertlər Xəzər dənizinin səviyyə tərəddüdləri, “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”ndan irəli gələn vəzifələrin icrası vəziyyəti, Xəzərin hidrometeorologiyası, Xəzər dənizində aparılan ekspedisiyalar, dənizin çirklənmə səbəbləri və qarşısının alınması istiqamətində görülmüş və görüləcək işlər barədə müzakirələr aparıblar.
Tədbirdə milli parklar barədə məlumatlandırıcı guşələr, “Xəzər üçün birlikdə” devizini əks etdirən təqdimatlar nümayiş olunub, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər sahillərində keçirilən təmizlik aksiyaları ilə bağlı təşviqedici videoçarxlar iştirakçıların diqqətinə çatdırılıb.