XƏZƏR DƏNİZİNDƏ ZƏLZƏLƏ QEYDƏ ALINIB

Xəzər dənizi ərazisində zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, 3 bal gücündə zəlzələ yerli vaxtla saat 05:07-də baş verib.

Zəlzələnin ocağı 13 km dərinlikdə yerləşib.