XƏZƏR DƏNİZİNDƏ ZƏLZƏLƏ OLUB

Xəzər dənizində maqnitudası 3,0 olan zəlzələ qeydə alınıb.

Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Məlumata görə, zəlzələ saat 15:10-da qeydə alınıb. Zəlzələnin ocağı 52 kilometr dərinlikdə yerləşib.