XƏZƏR DƏNİZİNDƏ ZƏLZƏLƏ OLUB

Avqustun 12-də Xəzər dənizində zəlzələ qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata əsasən, yerli vaxtla saat 11:16-da qeydə alınan zəlzələnin maqnitudası 3,2 olub.

Zəlzələ ocağı yerin 74 kilometr dərinliyində yerləşib.