
Mayın 30-da Xəzər dənizində zəlzələ baş verib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, maqnitudası 3,1 olan zəlzələ yerli vaxtla saat 12:29-da qeydə alınıb.
Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 33 kilometr olub.