XƏBƏRDARLIQ: ÖLKƏ ƏRAZİSİNDƏ KÜLƏKLİ HAVA GÖZLƏNİLİR

Milli Hidrometeorologiya Xidməti küləkli hava şəraiti haqqında məlumat yayıb.

Xidmətdən bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 21-də günün ikinci yarısından 24-dək cənub-qərb küləyinin arabir 15-18 metr/saniyə, 23-də gündüz yarımadanın bəzi yerlərində arabir 20-25 metr/saniyəyədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 22-də gündüzdən 24-dək əsasən dağlıq və dağətəyi rayonlarda cənub-qərb küləyinin 15-18 metr/saniyə, arabir 23-25 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 27-32 metr/saniyəyədək güclənəcəyi gözlənilir.