XƏBƏRDARLIQ: NOYABRIN 11-DƏN ETİBARƏN ÖLKƏ ƏRAZİSİNDƏ HAVA ŞƏRAİTİ QEYRİ-SABİT KEÇƏCƏK

Noyabrın 11-dən etibarən ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensivləşəcəyi ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.