XƏBƏRDARLIQ: FEVRALIN 1-DƏK ÖLKƏ ƏRAZİSİNDƏ HAVA YAĞINTILI OLACAQ

Fevralın 1-dək ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.