“WHATSAPP”DAN NÖVBƏTİ YENİLİK

“WhatsApp”dan növbəti yenilik.

“Meta” şirkətindən bildirilib ki, istifadəçilər artıq bir cihazda eyni anda iki “WhatsApp” hesabına daxil ola bilərlər.

Bunun üçün isə hər dəfə sistemdən çıxmağa və ya ikinci telefona ehtiyac olmayacaq. Messencerə daha bir telefon nömrəsinin daxil edilməsi üçün isə cihaz ikinci SİM kartı və ya eSIM-i dəstəkləməlidir. İstifadəçilər hesab üçün məxfilik və bildiriş parametrlərinə də nəzarət edə biləcəklər.

Hələlik sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün “WhatsApp”dan istifadə edir. “WhatsApp” ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.