“WHATSAPP”DA ARTIQ BÖYÜK FAYLLAR GÖNDƏRİLƏ BİLƏR

“WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

Bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər.

Şirkət, həmçinin, paylaşılan faylların uçdan uca şifrələnəcəyini açıqlayıb.

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

Qeyd edək ki, “WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.