“WHATSAPP WEB”Ə EKRAN KİLİDİ FUNKSİYASI GƏLİR

WhatsApp” veb versiyasına ekran kilidi funksiyasını gətirir.

Hazırda funksiya yalnız beta istifadəçiləri üçün əlçatandır.

Funksiyaya “Məxfilik” parametrləri bölməsindən daxil olmaq olar. Bu bölməyə daxil olduğunuz zaman “Ekran kilidi” adlı bir seçimlə qarşılaşacaqsınız. Seçimi aktivləşdirdiyiniz zaman sizdən şifrə təyin etməyiniz xahiş olunacaq. Şifrəni təyin etdikdən sonra hər dəfə “WhatsApp Web” səhifəsi açılanda şifrəni daxil etməli olacaqsınız.

Qeyd edək ki, sözügedən funksiya hazırda sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.