Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.
Məktubda deyilir:
“Zati-aliləri.
Doğum gününüzün 60 illiyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaq istərdim. Sizə ən xoş arzularımı bildirir və möhkəm cansağlığı, xoşbəxtlik, yüksək vəzifənizdə uğurlar diləyirəm.
Fürsətdən istifadə edərək, Azərbaycana davamlı inkişaf və firavanlıq, beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsini arzulayıram.
Əminəm ki, Vyetnam ilə Azərbaycan arasında ənənəvi dostluq münasibətləri bundan sonra da inkişaf edəcəkdir”.