VYETNAM PREZİDENTİ NQUYEN SUAN FUK İSTEFA VERİB

Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fuk istefa verib.

VnExpress portalı məlumat verir ki, prezidentin istefası Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsi tərəfindən təsdiqlənib.

Bundan başqa, siyasətçi partiyanın Siyasi Bürosunu və Mərkəzi Komitəsini də tərk edib.

Vyetnam Xəbər Agentliyinin məlumatına görə, Nquyen Suan Fuk hökumətdəki korrupsiya qalmaqalı səbəbindən istefaya getmək qərarına gəlib.