VOLODİMİR ZELENSKİNİN AVROPA LİDERLƏRİ İLƏ GÖRÜŞÜ BAŞLAYIB

Kiyevdə Ukrayna prezidenti Volodimir Zelenskinin Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolts, İtaliyanın baş naziri Mario Dragi və Rumıniya prezidenti Klaus Yohannislə görüşü başlayıb.

Avropa liderləri səhər saatlarında Kiyevə səfər edib.

Liderlərin görüşünün bağlı qapılar arxasında keçiriləcəyi bildirilib.

Mütəxəssislər görüş zamanı ərzaq təhlükəsizliyi, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesinin bərpası və digər məsələlərin müzakirə olunacağını qeyd ediblər.