Ukrayna prezidenti Volodimir Zelenski Rusiya prezidenti Vladimir Putinə danışıqlar masasına oturmağı təklif edib.
Bu barədə Ukrayna prezidenti videomüraciətində deyib.
“Mən bir daha Rusiya prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində döyüşlər gedir. Gəlin, insan ölümlərinin qarşısını almaq üçün danışıqlar masasına oturaq”, – deyə V.Zelensk bildirib.