VOLODİMİR ZELENSKİ UKRAYNANIN AVROPA İTTİFAQINA ÜZVLÜK MƏSƏLƏSİNİ HƏLL ETMƏYƏ ÇAĞIRIB

Ukrayna prezidenti Volodimir Zelenskinin Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişellə telefon danışığı olub.

Bu barədə o, öz “Twitter” səhifəsində yazıb.

Ukrayna prezidenti Aİ Şurası rəhbərliyini Ukraynanın Aİ-ə üzvlük məsələsini həll etməyə çağırıb.

“Ukraynanın Aİ-ə üzvlüyü məsələsi ilə bağlı uzunillik müzakirələri bağlamağın və bu məsələni həll etməyin vaxtı çatıb”, – Ukrayna prezidenti yazıb.