Ukrayna iki ölkədən – Qırğızıstan və Gürcüstandan səfirlərini dərhal geri çağırır.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski videomüraciətində deyib.
“Səfirlərimizlə bağlı onu deyə bilərəm ki, bizim diplomatlarımız hazırda beynəlxalq hüquqa və verdikləri vədə xəyanət edən dövlətlərlə münasibətdə tamamilə ədalətli və zəruri addımlar atır”, – deyə V.Zelenski bildirib.