VOLODİMİR ZELENSKİ: RUSİYA ÇERNOBIL AES-İ ƏLƏ KEÇİRMƏYƏ ÇALIŞIR

Rusiya hərbi qüvvələri Çernobıl Atom Elektrik Stansiyasını ələ keçirməyə çalışır.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Twitter” hesabında yazıb.

“Rusiya işğalçı qüvvələri Çernobıl AES-i ələ keçirməyə çalışır. Müdafiəçilərimiz 1986-cı il faciəsinin bir daha təkrarlanmaması üçün canlarını verirlər. Bu barədə İsveç Baş nazirinə məlumat vermişəm. Bu, bütün Avropaya qarşı müharibə elanıdır”, – deyə Zelenski bildirib.