VOLODİMİR ZELENSKİ: PREZİDENT İLHAM ƏLİYEV VƏ RƏCƏB TAYYİB ƏRDOĞAN UKRAYNA VƏ RUSİYA ARASINDA DANIŞIQLAR TƏŞKİL ETMƏYİ TƏKLİF EDİBLƏR

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ona Rusiya lideri Vladimir Putinlə münaqişənin nizamlanması üzrə danışıqların təşkilini təklif ediblər.

Bunu V.Zelenski videomüraciətində bildirib.

Ukrayna dövlət başçısının sözlərinə görə, fevralın 26-da o, bir sıra xarici dövlətlərin başçıları, o cümlədən Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.

“Onlar Rusiya ilə danışıqları təşkil etməyi təklif etdilər və bunu ancaq alqışlamaq olar”, – deyə V.Zelenski bildirib.