Hazırda həbsdə olan və müəyyən döyüş təcrübəsinə malik məhbuslar hərbi vəziyyət şəraitində azad edilir və onların üzərindən bütün sanksiyalar götürülür.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski çıxışı zamanı deyib.
“Mənəvi baxımdan asan olmayan qərar qəbul edilib. Real döyüş təcrübəsinə malik ukraynalılar hərbi vəziyyət şəraitində həbsdən azad edilir. Onlar öz günahlarını təmizləyə bilərlər”, – deyə Ukrayna prezidenti bildirib.