VOLKAN BOZKIR: “AZƏRBAYCAN BMT-YƏ ÜZV OLAN ÖNƏMLİ DÖVLƏTLƏRDƏNDİR”

Azərbaycanda olmaqdan çox məmnunam. Bu günlərdə keçiriləcək görüşlərdə önəm veriləcək mövzular su, elektrik, ekoloji sahə ilə bağlı olacaq.
Bunu Azərbaycanda səfərdə olan BMT Baş Assambleyasının sədri Volkan Bozkır jurnalistlərə açıqlamasında deyib: “BMT Baş Assambleyasının sədri kimi rəsmi səfərlərimi gerçəkləşdirirəm. Azərbaycan BMT-yə üzv olan önəmli dövlətlərdəndir. Prezident İlham Əliyev BMT-də “COVİD-19”la mübarizdə öncül addımlar atıb”.