Almaniya şirkətləri Qarabağda bərpa işlərində fəal iştirak edir.
Bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq “Sülh və təhlükəsizlik təhdid altındadır – Qaydalara əsaslanan dünya nizamı bizə niyə lazımdır” mövzusunda tədbir çərçivəsində deyib.
Onun sözlərinə görə, iki Almaniya şirkəti yol tikintisi ilə məşğuldur.
“Digər ölkələrdən, məsələn, İsrail və Türkiyədən şirkətlər də alman texnologiyalarından istifadə etməklə Azərbaycanın azad edilmiş ərazilərində bərpa işlərində iştirak edirlər”, – səfir deyib.