“VMWARE ARİA OPERATİONS FOR NETWORKS” MƏHSULUNDA KRİTİK BOŞLUQ AŞKARLANIB

“VMware Aria Operations for Networks” məhsulunda kritik boşluq aşkar olunub.

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, “Aria Operations for Networks” unikal kriptoqrafik açar generasiyasının olmaması autentifikasiyadan yan keçməyə səbəb olur. Şəbəkəyə girişi olan kiberdələduz “Aria Operations for Networks CLI”a daxil olmaq üçün “SSH” autentifikasiyasından yan keçə bilər.

Boşluqdan qorunmaq üçün istifadəçilərə məhsulu ən son versiyaya yeniləmələri tövsiyə olunur.