VLADİMİR PUTİN VƏ RƏCƏB TAYYİB ƏRDOĞAN CƏNUBİ QAFQAZDA VƏZİYYƏTİ MÜZAKİRƏ EDƏCƏKLƏR

Sentyabrın 29-da Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin görüş zamanı ticari-iqtisadi tərəfdaşlıq məsələlərini, Suriya, Livan, Əfqanıstan və Cənubi Qafqazda vəziyyəti müzakirə edəcəklər.

Bu barədə Kremlin mətbuat xidməti bildirib.

Liderlər bir sıra aktual beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar.

Qeyd edək ki, R.T.Ərdoğan sentyabrın 29-da Rusiyaya səfər edəcək. İki ölkə prezidenti arasında görüş Soçi şəhərində keçiriləcək.