Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Azərbaycanla üçtərəfli formatda qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər.
Bu barədə V.Putin və N.Paşinyanın ikitərəfli görüşdən sonra birgə bəyanatında deyilir.
“Tərəflər Azərbaycan və Ermənistan arasında və bütövlükdə regionda münasibətlərin normallaşmasına kömək etmək məqsədilə Ermənistan, Rusiya və Azərbaycan arasında üçtərəfli qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi barədə razılığa gəliblər”, – deyə bəyanatda bildirilir.