VLADİMİR PUTİN UKRAYNA İLƏ DANIŞIQLAR ÜÇÜN MİNSKƏ NÜMAYƏNDƏ HEYƏTİ GÖNDƏRMƏYƏ HAZIRDIR

Rusiya prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün Minskə nümayəndə heyəti göndərməyə hazırdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu kontekstdə Zelenskinin təklifinə cavab olaraq Vladimir Putin Minskə Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və Prezident Administrasiyasının nümayəndələri səviyyəsində Ukrayna tərəfi ilə danışıqlar üçün heyət göndərməyə hazırdır”, – deyə D.Peskov bildirib.