Rusiya prezidenti Vladimir Putin aprelin 19-da Moskvada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşəcək.
Bu barədə Kremlin mətbuat xidməti bildirib.
Qeyd olunur ki, V.Putin erməni baş nazirlə Qarabağla bağlı vəziyyəti, o cümlədən regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını müzakirə edəcək.
Eyni zamanda, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının icrasının gedişatı da müzakirə mövzusu olacaq.