
Rusiya Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması Tədbirləri haqqında Müqavilədə (START) öz iştirakını dayandırır.
Rusiya mediasının məlumatına görə, bu barədə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin deyib.
“Bildirməliyəm ki, Rusiya START müqaviləsində öz iştirakını dayandırır. Təkrar edirəm, müqaviləni tərk eləmir, sadəcə iştirakını dayandırır”, – o deyib.
Onun sözlərinə görə, bu məsələyə qayıtmazdan əvvəl Fransa və Böyük Britaniya kimi NATO ölkələrinin nəyə iddia etdiklərini başa düşmək lazımdır.
